İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukrayna müharibəsində qalib gələrsə...

1238 08.01.2024 10:57 Dünya A A

Politoloq: “Maraq istiqamətlərindən, təbii ki, biri də Cənubi Qafqaz və Xəzər dənizi hövzəsidir”

Rusiya-Ukrayna müharibəsinin ikinci ili yekunlaşmaqdadır. 24 fevral 2022-ci ildə Rusiyanın Ukrayna ərazilərinə hərbi hücumu ilə başlanan dəhşətli müharibə artıq yüz minlərlə insanın həyatına son qoyub, Ukraynanın şəhər və kəndlərinin darmadağın olmasına, itirilməsinə səbəb olub. Rusiya-Ukrayna müharibəsi iki ildir dünyanın bir nömrəli hadisəsi olaraq qalmaqdadır. 

Bəs 2024-cü il Ukrayna-Rusiya müharibəsinin başa çatacağı il kimi tarixə düşəcəkmi? Bu il Ukrayna müharibəsi bitəcəkmi? Müharibə Rusiyanın üstünlüyü və qələbəsi ilə bitərsə, bundan sonra regiona təsiri necə olacaq? Qələbə Rusiyanı postsovet məkanında revanşa həvəsləndirə bilərmi? Bu təhlükə reallaşmadan Azərbaycanla Ermənistan mümkün qədər tez müddətdə sülh sazişi imzalamalıdırmı?

Oqtay Qasımov: “Etibar Məmmədov baş nazir olmaqdan imtina etdi”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, 2024-cü ildə Rusiya-Ukrayna müharibəsinin bitəcəyi barədə proqnozlar çox nikbin proqnozlardır və reallaşacağı gözlənilmir: “Mən bu il Rusiya-Ukrayna savaşının başa çatacağını düşünmürəm. Bu savaş hələ uzun müddət davam edəcək. Çünki bu savaş yalnız Rusiya-Ukrayna savaşı deyil, eyni zamanda kollektiv Qərbin Rusiya ilə apardığı müharibədir. Düşünmürəm ki, kollektiv Qərb, o cümlədən ABŞ Rusiyanın böyük savaşda tam şəkildə qalib gəlməsi ilə razılaşsınlar. Əslində düşünürəm ki, kollektiv Qərbin məsələyə baxışı daha çox tərəflərdən heç birinin əzici üstünlüyə malik olmaması yönündədir. Belə ki, Rusiyanın məğlub olmaması və Ukraynanın qələbə çalmaması prinsipi daha aydın görünür. Nəzərə alsaq ki, bütün çətinliklərə və Ukraynaya silah tədarükünün azalmasına baxmayaraq bütün hallarda Kiyev müqavimət göstərməkdə davam edir. Xüsusilə, nəzərə alsaq ki, son dövrlər Ukrayna hava hücumundan müdafiə sistemləri, o cümlədən bir müddət sonra F-16 qırıcı təyarələrinin verilməsi prosesi başlanarsa bu, Rusiyanın cəbhədə vəziyyətini xeyli dərəcədə mürəkkəbləşdirəcək”.

Politoloq hesab edir ki, Rusiya Ukrayna müharibəsində qalib gələrsə və müharibə Rusiyanın tam qələbəsi ilə bitərsə bunun postsovet məkanına və Şərqi Avropaya təsirləri ola bilər: “Rusiya Ukrayna müharibəsində hədəflərinin bir qisminə çatarsa və müharibə bu nəticə ilə başa çatarsa, sonrakı dövrlərdə Rusiyanın aqressiyası daha da artacaq və postsovet respublikalarına təzyiqləri gücləndirməyə çalışacaq. Rusiyanın maraq istiqamətlərindən, təbii ki, biri də Cənubi Qafqaz və Xəzər dənizi hövzəsidir. Bu baxımdan həmin dövrə qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi bitməyib, xüsusilə də məhz Rusiyanın qələbəsi ilə başa çatmayıb, sülh müqaviləsinin imzalanması hər kəsin maraqlarına, xüsusilə də Azərbaycanın və Ermənistanın maraqlarına uyğundur. Çünki sülh sazişi tərəflər arasında nə qədər tez müddətdə imzalanarsa, o zaman regiona da kənar təsirlərin azalması baş verəcək. Hal-hazırda isə müxtəlif güc mərkəzləri məhz münaqişədən istifadə edərək bölgədə təsir imkanlarını artırmağa çalışırlar. Artıq bunun üçün müxtəlif səviyyələrdə tərəflərə təzyiq göstərilir. Bu istiqamətdə Ermənistan daha zəif bənd olduğundan təsirlər və təzyiqlər daha çox ona yönələcək. Amma son dövrlər Qərb cinahında, xüsusilə ABŞ tərəfindən Azərbaycana qarşı ikili standartlar daha bariz şəkildə görünməkdədir. ABŞ özünün maraqlarını həyata keçirmək üçün bütün variantlara əl ataraq, Azərbaycanı qaralamağa, bütün iyrənc vasitələrdən istifadə etməyə çalışır. Biz bunları da nəzərə almalıyıq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR