İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya təlaşda: Ukraynanın hardan zərbə endirəcəyi bilinmir – Kamran Həsənli və Sevinc Telmanqızı CANLIDA

702 13.02.2023 15:47 Gündəm A A

İşğalçılar Ukrayna ordusunun haradan zərbə endirəcəyini bilmir, ona görə də əsasən iki istiqaməti gücləndirirlər. Rusiya ordusunun Ukraynadakı hərəkəti ilə bağlı bu məlumatı Britaniya kəşfiyyatı yayıb. Məlumatda rus ordusunun Zaporojye və Luqansk istiqamətlərində müdafiəni gücləndirdiyi, əldə olunan kadrların da bunu sübut etdiyi vurğulanıb. Eyni zamanda Tarasovka, Vasilyevka və Orexov yaxınlığında istehkamlar tikildiyi qeyd olunub.

“Zaporojye istiqamətində Rusiyanın müdafiəsinin yarılması Rostov ilə Krım arasındakı “quru körpüsü”nün həyat qabiliyyətini, Luqanskdakı uğurlar isə Donbasın “azad edilməsi” adlanan hərbi hədəfi daha da sarsıdacaq”.

Nələr baş verir? Rusiya qəfil Ukraynaya hücum edəcək? Ukraynanın hansı planları var?

Bu və gündəmdəki bir çox sualları bu gün saat 16.00-da Kamranla1 verilişində iki aparıcı – Kamran Həsənli və Sevinc Telmanqızı müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR