İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sülhməramlı kontingentinin komandanlığı Kirill Kulakova həvalə edildi

941 04.09.2023 21:34 Son xəbər A A

Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.

Bu barədə “Report” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.

Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.

Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR