İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya şəhərləri ATƏŞ altında, Putindən Qərbə açıq XƏBƏRDARLIQ – TV Musavat

614 23.06.2026 15:51 Son xəbər A A

“Əgər NATO ölkələri əvvəllər Kiyevi dəstəkləməklə məhdudlaşırdılarsa, indi Qərb açıq şəkildə müharibəyə hazırlaşmaqdan danışır”. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, “Qərb Rusiyanı özünü müdafiə etmək üçün tədbirlər görməyə məcbur edir və sonra dərhal Moskvanı hər ölümcül günahda ittiham edir”.

Putin vurğulayıb ki, Rusiya istənilən xarici və daxili təhdidlərə dərhal və adekvat cavab verməyə hazırdır. Rusiya ötən sutka Ukraynanın 454 dronunu vurub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən sutka ərzində Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən Ukraynanın 454 pilotsuz uçuş aparatı, 5 “Storm Shadow” raketi və 13 idarə olunan aviasiya bombası vurulub.

Bu gün Kerç şəhərində yerləşən istilik elektrik mərkəzinə endirilən zərbə nəticəsində baş verən güclü yanğın Krımın böyük hissəsində elektrik enerjisinin verilişinin kəsilməsinə səbəb olub. Bu barədə “Krımski Veter” Teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, zərbə Kerçin Arşintsevo rayonunda yerləşən elektrik mərkəzinə endirilib. Hadisədən sonra obyekt ərazisində güclü yanğın başlayıb.
Məlumata əsasən, baş verən hadisə nəticəsində Krımın təxminən yarısı elektrik enerjisiz qalıb. Krımın dövlət enerji şirkəti “Krımenerqo”nun məlumatına görə, hazırda Yevpatoriya, Saki, Krasnoperekopsk, Cankoy şəhərləri, həmçinin Krasnoperekopsk, Sak, Cankoy və Krasnoqvardeyski rayonları işıqsız qalıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR