İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfiri İrəvana qayıtdı

418 11.06.2024 00:34 Dünya A A

Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır", - Mixail Qaluzin Rusiya-Belarus ittifaq dövlətinin Nazirlər Şurasının yüksəksəviyyəli qrupunun iclası ərəfəsində deyib.

O vurğulayıb ki, "səfirin məsləhətləşmələrə çağırılması tamamilə standart prosedurdur və tez-tez istifadə olunur".

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi mayın sonunda ölkənin İrəvandakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırdığını elan edib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR