İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sanksiya böhranından çıxış yolları arayır – Ölümcül zərbə buradan olacaq

3447 15.03.2022 14:50 Gündəm A A

Rusiya hökuməti sərt iqtisadi sanksiyaların təsirini azaltmaq üçün uzun illərdən bəri tətbiq elədiyi büdcə qaydasının tətbiqini dayandırmağı nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, mövcud büdcə qaydasına görə, Rusiyanın dünya bazarına çıxartdığı Urals markalı neftin dünya bazar qiyməti hökumətin müəyyən etdiyi həddi ötdükdə, yüksək qiymətdən əldə olunan bütün gəlirlər Rifah Fonduna yığılır. Uzunmüddətli dövrdə vətəndaşların pensiya təminatı üçün nəzərdə tutulan bu Fondun cari məqsədləri üçün istifadəsinə isə yalnız bir halda hüquq imkan verir: Fondda toplanan ehtiyatların həcmi ölkənin ÜDM-nin 7 faizini ötmüş olsun və yalnız 7 faizdən artıq məbləğ infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf edilə bilər.

İqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, 2022-ci il üçün Urals markalı neft üçün hədd 44.2 dollar müəyyən edlib (bu məbləğ hər il inflyasiyaya uyğun indeksləşdirilir): «Əgər hazırkı hərbi və iqtisadi durumla üzləşməsəydi, Rusiya hökuməti neftin 44,2 dollara qədər qiyməti çərçivəsində əldə etdiyi gəlirləri büdcəyə cəlb edəcəkdi, ondan yüksək qiymət səviyyəsində həldə olunan bütün gəlirlər isə Rifah Fonduna yönəldiləcəkdi. İzafi neft gəlirlərinin Fonda alınması sxemi belədir: Mərkəzi Bank Maliyyə Nazirliyini zəruri həcmdə rublla təmin edir, Nazirik isə hərraclar vasitəsilə valyuta gəlirlərini Mərkəzi Bankdakı hesabları üzərindən Rifah Fonduna köçürür. İndiki halda bu qaydadan imtina o deməkdir ki, neftin qiymətindən asılı olmayaraq əldə olunan bütün -neft-qaz gəlirləri büdcəyə köçürələrək xərclənəcək.

Mövcud büdcə qaydasına görə, Rifah Fondunun ÜDM-nin 7 faizindən artıq artıq olan yığımlarını xərcləmək olar. İndi həmin 7 faizi 1 faizə endirmək istəyirlər. Yəni nə qədər ehtiyat vəsait var, hamısını büdcəyə cəlb etməklə qısa müddətdə böhranın təsirlərini mümkün qədər yumşaltmaq istəyirlər. Əks halda, müharibə ölkə üçün dərhal bataqlığa çevrilər

Aydın məsələdir ki, ölkədə iqtisadi fəallığın kəskin şəkildə aşağı düşməsi, geniş dövriyyəyə və vergi öhdəliyinə malik 300-ə yaxın xarici şirkətin ölkəni tərk etməsi, 10 minlərlə iş yerinin bağlanması, yerli şirkətlərin sanksiya səbəbindən xarici iqtisadi əlaqələrinin pozulması qeyri-neft gəlirlərinin kəskin şəkildə itirilməsini qaçılmaz edir. Qərbin kiçik istisnalarla Rusiyadan neft-qaz alışına qadağa qoymaması fürsətdir və hökumət bu itkirlərin yerini izafi neft gəlirlərilə doldurmağa imkan olaraq baxır.
Üstəgəl, Ukrayna ilə müharibə hər gün büdcə üçün milyardlarla dollar əlavə xərcdir. Ölkədə işsizliyin artması, sosial vəziyyətin pisləşməsi sosial müdafiə xərclərinin də artımını qaçılmaz edəcək. Maliyyə institutları qarşısında öhdəliklərini yerinə yetirə və artıq kənardan borc cəlb edə, işçilərinə maaş belə ödəyə bilməyən, müflisləşmə riskilə üzləşən yerli müəssisələr üçün dəstək paketi də büdcə üçün böyük yükə çevrilir. Bu xərcləri nəzərə alanda hökumətin yaxın zamanlarda 2022-ci ilin büdcəsinin xərclərinə yenidən baxması mümkün görünür. Artan xərcləri və itirilən qeyri-resurs gəlirlərini də məhz əvvəllər Fonda yönəltdikləri izafi neft-qaz gəlirləri hesabına kompensasiya etməyə çalşırlar”.

Ekspertin bildirir ki, 2022-ci il üçün Rusiya federal büdcəsinin gəlirləri 25 trilyon rubl təsdiqlənib: “Həmin gəlirlərin 9,5 trilyon rublu neft-qaz gəlirlərinin hesabına təmin edilməli idi. Bu məbləğ 1 USD/70rubl məzənnəsi və Urals nefti üçün 44,2 dollar qiymət səviyyəsi əsasında proqnozlaşdırılmışdı. Rusiyanın enerjidaşıyıcılarına sanksiya olmayacağı halda, neftin orta illik qiymətinin 100 dollar, rublun məzənnəsinin 1 USD/110-120 rubl dəhlizində hərəkət etməsi, rubl ifadəsində büdcənin neft gəlirlərinin proqnozdan (9,5 trilyon rubl) təxminən 2.5 dəfə artıq olmasını təmin edə bilər. Şübhəsiz ki, mümkün ssenarilər neftin bundan sonrakı qiymətindən və sanksiyaların neft-qaz idxalına tətbiq edilib-edilməməsindən asılı olacaq. Amma göründüyü kimi, sanksiyasızlıq və yüksək qiymətlər bir müddət Rusiyaya büdcə böhranından qaçmağa imkan verəcək.Bu bir daha onu göstərir ki, ən qısa müddətdə Rusiya iqtisadiyyatı öldürücü zərbəni yalnız neft-qaz satışına qadağalardan ala bilər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR