İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya raketləri Ukraynada yeraltı qaz anbarına zərər verib

761 24.03.2024 20:17 Dünya A A

Rusiyanın kütləvi raket hücumu nəticəsində Ukraynada yeraltı qaz anbarlarından birinin yerüstü infrastrukturuna ziyan dəyib.

Bu barədə “Naftoqaz” şirkətinin rəhbəri Aleksey Çernışov öz Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Ukraynada qaz anbarlarının operatoru olan "Ukrtransqaz"ın yeraltı qaz anbarlarından birinin yerüstü infrastrukturunda texnoloji avadanlıq zədələnib.

Çernışov qeyd edib ki, zədənin lokallaşdırılması və nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır: “Yeraltı qaz anbarının fəaliyyətinin təmin edilməsi üçün heç bir kritik nəticələr yoxdur, qaz xeyli dərinlikdə yerləşir. Hadisə Ukrayna istehlakçılarına mavi yanacağın tədarükünə təsir etməyəcək. Müştərilərin saxlama və tutumun rezervasiyası xidmətləri üzrə bütün təkliflər tam həcmdə yerinə yetirilir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR