İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya raketi Polşanın hava məkanına daxil oldu: Varşava hərbi qüvvələrini döyüş vəziyyətinə gətirdi

1141 29.12.2023 19:33 Dünya A A

Polşa səmasına Ukrayna istiqamətindən raket daxil olub.

Musavat.com-un məlumatına görə, ölkənin silahlı qüvvələrinin əməliyyat komandanı, general Macey Kliş bildirib ki, Ukraynadan uçan raketin qarşısını almaq üçün təyyarələri havaya qaldırıblar:

“Biz qüvvələri, təyyarələri göndərdik ki, onun qarşısını alsınlar və lazım gələrsə, vursunlar. Lakin onun Polşa ərazisində olması, eləcə də manevrlərinin xarakteri bunu qeyri-mümkün etdi”.

Generalın sözlərinə görə, raket ölkə ərazisini tərk edib.

Hava məkanının pozulması ilə əlaqədar Polşa prezidenti Anjey Duda Ukrayna ərazisindən Polşanın hava məkanına daxil olmuş naməlum uçan obyektin aşkarlanması ilə əlaqədar hərbçilərlə təcili iclas keçirib. Polşa bütün hərbi qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib.

Daha sonra Respublika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Vieslav Kukula Polşanın hava məkanını pozan obyektin Rusiya raketi olduğunu açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR