İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Paşinyanın çıxışından sonra Ermənistan XİN-ə sərt mesaj göndərib

2552 19.10.2023 14:44 Siyasət A A

 

Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışından sonra Rusiya Xarici işlər nazirliyi Ermənistan xarici işlər nazirliyinə “qapalı” mətn göndərib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Past” qəzeti məlumat yayıb.

 Qəzetin diplomatik qaynağının bildirdiyinə görə, Rusiya həmin mətndə Ermənistan baş nazirinin nitqinə kəskin notlarla reaksiya verib.

 “Dünən bütün gün Ermənistan Xarici işlər nazirliyinin ofisində əsas müzakirə mövzusu məhz bu məktubla bağlı olub. Çünki bu sahənin ekspertləri Paşinyanın çıxışının sətiraltı mətnlərində əslində, hansı risklərin gizləndiyini anlayırlar. Gələn xəbərlərə görə, Nikol Paşinyanın çıxışından sonra Ermənistanın Rusiyadakı səfiri ilə müəyyən “söhbət” də aparılıb”,-deyə xəbərdə qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR