İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya parlamentinin ən varlı deputatı mandatından məhrum edildi

798 05.12.2023 18:37 Dünya A A

Rusiya Dövlət Duması parlamentin aşağı palatasının ən zəngin deputatı, Kommunist Partiyası fraksiyasının üzvü Vladimir Blotskinin səlahiyyətlərinə xitam verib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Dumanın qərarında “Dövlət Dumasının deputatı Vladimir Nikolayeviç Blotskinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin” qeyd olunur. Qərara görə, deputatın özünün yazılı bəyanatı əsasında onun səlahiyyətlərinə 2023-cü il dekabrın 4-dən xitam verilib.

Bundan əvvəl məlum olmuşdu ki, Dövlət Duması iki LDPR deputatı Boris Paikin və Yuri Napsonun iclaslarda iştirak etmədiklərinə görə mandatı əllərindən alınıb. Dövlət Dumasının iclaslarında səsvermənin nəticələrinin təhlili sisteminin məlumatlarına əsasən, Napso 2023-cü il aprelin 11-dən bəri plenar iclaslarda səs verməyib. Yalnız noyabrın 1-də deputat yenidən səsverməyə başlayı – həmin gün "parlament vəzifələrini sistematik şəkildə yerinə yetirmədiyinə görə" deputatlar Vasili Vlasov və Vadim Belousov mandatlarından məhrum edilmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR