İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya parlamenti əksər videooyunları qadağan edəcək

162 09.01.2025 16:17 Dünya A A

Rusiyada hakimiyyətin fikrincə, “ölkəyə yad dəyərləri” təbliğ edən əksər videooyunların qadağan edilməsi ehtimalı müzakirə edilir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib və əlavə edib ki, ona mütəmadi olaraq bu cür məzmunla bağlı şikayətlər daxil olur. Volodin yanvar ayında "uşaqları dağıdıcı məzmundan qorumaq haqqında" qanunun qəbul ediləcəyini bildirib.

Əvvəllər Dövlət Duması oyunlara girişə nəzarət etmək üçün dövlət xidmətləri platforması vasitəsilə oyunçuların identifikasiya sisteminin tətbiqini təklif edirdi. Bu cür tədbirlər videooyunların gənclərə təsirini məhdudlaşdırmaq və rəsmilərin fikrincə, ölkənin ənənəvi dəyərlərinə zidd olan fikirlərin yayılmasının qarşısını almaq istəyi ilə izah olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR