İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunun generalı Ukraynada həlak oldu

672 04.12.2023 15:59 Dünya A A

Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev öz teleqram kanalında yazıb.

Məlumata görə, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadskinin Ukraynada həlak olub..

"Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub. 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına rəhbərlik edib", - o yazıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR