İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə növbəti zərbələr endirib

548 13.06.2024 10:19 Dünya A A

Bu gecə Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə növbəti hava hücumları edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyev, Vinnitsa, Sumı, Poltava, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətləri bu dəfə əsas hədəf olub. Əsas hədəflər əsasən infrastruktur ərazilər olub.

Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığından verilən məlumata görə, nəticədə 30 hava hədəfindən 29-u zərərsizləşdirilib. Bunlar 1 “Xəncər” aeroballistik raketi, dörd Kh-101/X-555 qanadlı raketi və 24 "Şahed" tipli pilotsuz uçuş aparatlarıdır. Dağıntıların nəticələri ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR