İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu öz kəndini vurdu - VİDEO

1497 02.01.2024 17:37 Dünya A A

Rusiyanın Ukrayna ərazisinə atdığı raketlərdən biri hədəfə çatmadan öz ərazisinə - Voronej vilayətindəki kəndlərdən birinə düşüb.

Musavat.com xəbər verir ki, Ukrayna tərəfinin yaydığı məlumata görə, Xəzər dənizindən atılan “X-101” qanadlı raketi Petropavlovka kəndinə düşüb.

Rusiya tərəfi hadisəni “döyüş təyyarəsindəki sursatın gözlənilməz çıxışı” kimi təqdim edir. Rusiya Müdafiə Nazirliyinin yayadığı məlumata görə, “Voronej vilayətinin Petropavlovka kəndi üzərində aerokosmik qüvvələrin təyyarəsinin uçuşu zamanı təyyarə sursatının anormal boşalması” baş verib, itki yoxdur: "2024-cü il yanvarın 2-də Moskva vaxtı ilə saat 9:00 radələrində Voronej vilayətinin Petropavlovka kəndi üzərində aerokosmik qüvvələrin təyyarəsinin uçuşu zamanı aviasiya sursatının anormal boşalması baş verib. Xəsarət alan olmayıb".

Nazirlik qeyd edib ki, hadisə nəticəsində 6 fərdi tikili zədələnib. Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır. Dəymiş ziyanıqiymətləndirmək və evlərin bərpasına kömək etmək üçün yerində komissiya işləyir.

Bu məlumatı vilayət qubernatoru Aleksandr Qusev də öz Telegram kanalında təsdiqləyib: “Bu gün Ostroqojski rayonunda bizim sursatlarımızın qəza boşaldılması qeydə alınıb. Tələfat olmayıb, lakin 7 təsərrüfatda dağıntı qeydə alınıb. Onlardakı şüşə, dam örtüyü və yükdaşıyan konstruksiyalar zədələnə bilər".

Qusev kənd sakinlərinin müvəqqəti məskunlaşma mərkəzlərinə göndərildiyini də bildirib: “Petropavlovka kəndinin bir neçə küçəsinin sakinləri müvəqqəti məskunlaşma mərkəzlərinə, o cümlədən Korotoyakdakı pansionata daşınır. Hadisə yerində maksimum təhlükəsizlik təmin olunduqdan və xüsusi təyinatlıların işi yekunlaşdıqdan sonra dəymiş ziyanın qiymətləndirilməsi aparılı”.

Qusev aydınlaşdırıb ki, o, Voronej vilayəti hökuməti qarşısında kompensasiyaların ödənilməsi və yeni mənzillərin tikintisi ilə bağlı problemlərin tezliklə həll edilməsi vəzifəsini qoyub: “Biz heç kəsi darda qoymayacağıq, vətəndaşlardan sakit olmağı xahiş edirəm”.

Voronej vilayətinin Ostroqojski rayonunun Petropavlovka kəndi Voronejdən təxminən 120 km, Ukraynadan isə 800 km məsafədə yerləşir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR