İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya nüvə şantajı ilə bağlı 2 variant hazırlayıb, küləyin əsəcəyi istiqamətdə..." - Kiyev kəşfiyyat məlumatlarını açıqladı

2087 12.03.2022 11:34 Gündəm A A

“Rusiya Ukraynanı günahlandırmaq üçün iki variant nüvə şantajı hazırlayır”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O qeyd edib ki, Kiyevin məlumatına görə, Rusiya şantajın iki variantını hazırlayıb.

“Hansı variantı seçəcəklər - tamamilə onlardan asılıdır. Birinci variant ondan ibarətdir ki, radioaktiv meşələri geniş miqyasda yandıracaqlar, bunun nəticəsində isə radioaktiv bulud dərhal qalxacaq və küləyin əsdiyi istiqamətə gedəcək. İkinci variant isə - nüvə anbarına artilleriya zərbələri endirmək. Nəticə eyni olacaq.

Hər iki variantla Rusiya rəhbərliyi Ukraynanı günahlandırmaq məqsədi güdür”, - Budanov bildirib.

virtualaz.org

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR