İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya mövcud olmayacaq, onu parça-parça edəcəklər” –Medvedevdən gözlənilməz etiraf

2284 22.02.2023 17:42 Gündəm A A

“Əgər Ukraynaya qarşı müharibədə uduzsaq, o zaman Rusiya parçalanacaq və yox olacaq”.

Sfera.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Qələbə qazanmadan xüsusi hərbi əməliyyatı dayandırsa, Rusiya mövcud olmayacaq, onu parça-parça edəcəklər”, – Medvedyev bildirib.

Medvedyev ABŞ prezidenti Co Baydenin Rusiya xüsusi əməliyyatı dayandıracağı təqdirdə münaqişənin dərhal sona çatacağına dair bəyanatını da tənqid edib: “Bu, cəfəngiyyatdır. Həqiqət tamam başqadır. Əgər ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, Ukraynadakı müharibə başa çatacaq”.

Medvedyev Baydenin ABŞ-ın Rusiyaya hücum etmək niyyətində olmadığı barədə ruslara müraciətində dürüst olmadığını da qeyd edib.(Azpost.info)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR