İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Mədəniyyət Nazirliyi: Azərbaycanla bağlı yayılan bu məlumat saxtadır

1412 03.07.2025 18:56 Gündəm A A

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Telegram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.

Musavat.com nazirliyin açıqlamasına istinadən xəbər verir ki, həmin məlumatlarda Azərbaycan vətəndaşlarının Rusiyada mədəni tədbirlərdə iştirakına məhdudiyyətlər tətbiq edildiyi iddia olunur.

Nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunur: "Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovanın "Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının ərazisində mədəni tədbirlərdə iştirakının və musiqi məzmununun yayılmasının məhdudlaşdırılması ilə bağlı tövsiyələrin təsdiq edilməsi haqqında əmr imzaladığı barədə yayılan məlumat tamamilə yalandır. Nəşrlərdə təqdim olunan sənədin hüquqi qüvvəsi yoxdur".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR