İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya makaron buğdasının ixracına məhdudiyyət tətbiq edəcək

480 03.11.2023 22:56 Dünya A A

Rusiya Kənd Təsərrüfatı Nazirliyi bərk buğdanın ixracına məhdudiyyət qoyulması təklifinin səbəbini açıqlayıb.

Nazirlikdən TASS-a verilən məlumata görə, 2023-2024-cü il mövsümündə istehsalçı ölkələrin böyük əksəriyyətində əlverişsiz aqrometeoroloji şərait olması səbəbindən qlobal bərk buğda istehsalı 20 illik minimuma enib: “Bərk buğda istehsal edən ölkələrin böyük əksəriyyətində əlverişsiz aqrometeoroloji şəraitə görə onun istehsalı 20 illik minimuma enəcək. Proqnozlara görə, qlobal istehsal 1,3 milyon tondan az olacaq ki, bu da əvvəlki illərlə müqayisədə 7-8 faiz azdır”.

Məlumatda qeyd olunur ki, Şimali Amerikada bərk buğda istehsalı 20 faiz, o cümlədən Kanadada – 30 faiz, ABŞ-da – 7 faiz, Meksikada – 4 faiz, Şimali Afrikada – 11 faiz, o cümlədən Əlcəzairdə - 11 faiz, Tunisdə - 53 faiz; Fransada – 6 faiz, Qazaxıstanda – 38 faiz azalıb.
Rusiya KTN bildirir ki, bununla əlaqədar hazırda xarici bazarda bərk buğdaya tələbat artıb: "Daxili bazarı qorumaq və yerli un və makaron istehsalçılarının tələbatını ödəmək üçün Rusiya Kənd Təsərrüfatı Nazirliyi gömrük, tarif və qeyri-tarif tənzimləmə alt komitəsinə ixraca müvəqqəti qadağa qoyulması məsələsini təklif etdi. Rusiya Federasiyasının hüdudlarından kənarda bərk buğdanın ixracına məhdudiyyətlərin altı ay müddətinə - 2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-dək tətbiq olunması təklif edilir”.

Qeyd edək ki, bərk buğda adətən makaron məmulatlarının istehsalında istifadə olunur. Rusiya KTN makaron məmulatlarının sosial əhəmiyyətli qida məhsulu olduğunu bildirir: "Bu məhdudiyyətlər ölkənin ərzaq təhlükəsizliyini gücləndirməyə və istehsalçıları xammalla tam təmin etməyə kömək edəcək. "Eyni zamanda, bərk buğdanın ixracyönümlü məhsul olduğunu nəzərə alaraq, cari mövsümdə bərk buğdanın əkin sahələrinin artırılması nəzərdə tutulur. Bundan sonra hər mövsüm bərk buğdanın istehsalını artırmağı planlaşdırırıq".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR