İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Ermənistan QIRĞINA çıxdı: Kremldən Paşinyana XƏBƏRDARLIQ - CANLI

1626 05.09.2023 15:47 Son xəbər A A

“Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin Baş nazir Nikol Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq mümkün deyil”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli mətbuata bildirib. “Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, – Peskov jurnalistlərə deyib. “Rusiya Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində çox mühüm rol oynamaqda davam edir. Rusiya Cənubi Qafqaz regionunun ayrılmaz hissəsidir. Buna görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı da tərk edə bilməz”, - deyə, o, vurğulayıb.

O, Paşinyanı “Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını” unutmamağa çağırıb. “Onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfə verirlər”, - Peskov əlavə edib. Ermənistan Baş naziri Nikol Paşinyanın bu yaxınlarda İtaliyanın “La Repubblika” qəzetinə verdiyi müsahibəsi geniş əks-səda doğrub. Paşinyan müsahibəsində deyib:

“Müşahidələrimiz onu deməyə əsas verir ki, bir gün, bir ay və ya bir il sonra Rusiyanın Cənubi Qafqazı sadəcə olaraq tərk etdiyini görəcəyik... Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgədən gedir. Hansı səbəblərdən? Biz bilmirik”.

O, həmçinin vurğulayıb ki, Rusiya Laçın dəhlizi ilə bağlı götürdüyü öhdəliyi yerinə yetirmir. Bəli, Paşinyan hər nə qədər siyasətdə “piyada” olsa da, anlayır ki, Rusiya gec və ya tez bizim regionu tərk edəcək. Bəs. bu halda niyə o, Rusiyanın öz üzərinə götürdüyü sülhyaratma missiyasından narazıdır?

TV Musavat-ın canlı yayımlanan “Həftə içi” verilişinin qonağı polkovnik Şair Ramaldanovdur.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR