İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya iki gündə Ukraynaya 2 milyard dollarlıq raket və dron atıb

665 02.01.2024 18:36 Dünya A A

Rusiya yanvarın 2-də Ukraynaya kütləvi raket hücumuna təxminən 620 milyon dollar xərcləyib.

Musavat.com-un xəbərinə görə, bu barədə “Forbes” Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatlarına və öz hesablamalarına istinadən yazır.

Qeyd olunur ki, ilkin məlumatlara görə, yanvarın 2-də işğalçılar Ukraynaya qarşı 99 hava hücumu silahından: müxtəlif tipli raketlərdən və hücum PUA-larından istifadə ediblər.

Birinci dalğada düşmən “ed”lərlə hücuma keçib. “Şahed-136/131” 35 hücum PUA-nın hamısı məhv edilib. Səhər düşmən Tu-95MS strateji bombardmançı təyyarələrdən istifadə edib. 16 təyyarə ən azı 70 X-101/X-555/X-55 qanadlı raketləri buraxıb.

MiQ-31K qırıcılarından 10 ədəd X-47M2 “Kinjal” aeroballistik raketinin buraxılışı da qeydə alınıb. Bundan əlavə, düşmən dənizdən 3 “Kalibr” qanadlı raketləri ilə, şimaldan isə 12 “İskəndər-M/S-300/S-400” raketləri ilə hücuma keçib. Su-35 taktiki təyyarəsindən 4 ədəd X-31P antiradar raketindən istifadə edilib.

Gün ərzində ukraynalı müdafiəçilər 10 ədəd X-47M2 “KinjalZ” aeroballistik raketindən 10-nu, 70 ədəd X-101/X-555/X-55 qanadlı raketindən 59-nu və 3 “Kalibr” qanadlı raketinin üçünü məhv ediblər: “Nəzərə alsaq ki, raketlərin növləri üzrə dəqiq paylanması məlum deyil, “Forbes” onların dəyərini təxminən 620 milyon dollar qiymətləndirir. Bu raketlərin dəyərini hesablamaq üçün “Forbes” aşağıdakı hesablamalardan istifadə edib: X-101 raketinin dəyəri 13 milyon dollardır, “Calibre” raket 6,5 milyon dollar, İsgəndər - 3 milyon dollar, Oniks - 1,25 milyon dollar, X-22 - 1 milyon dollar, Toçka-U - 0,3 milyon dollar, X-55 - 2 milyon dollar, X-555 - 4 milyon dollar, X-47 “Kinjal” – 15 milyon dollar, Şahed-136 – 50 min dollar”.

Xatırladaq ki, Rusiya tərəfindən əvvəlki belə irimiqyaslı hücum dekabrın 29-da həyata keçirilib. Həmin gün ruslar 150-dən çox hava hücumu silahından istifadə edib. Hücumun ümumi dəyəri 1,27 milyard dolları keçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR