Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun gəlini, “VTB” Bankın idarə heyəti sədrinin həyat yoldaşı Darya Fedosova ildə təxminən yarım milyard rubl qazanır.
Musavat.com xəbər verir ki, bu barədə “Proyekt” mərkəzinin araşdırmasında bildirilir.
Məlumata görə, son iki ildə onun ümumi gəliri 1 milyard rubla (təxminən 12 milyon 300 min dollar) yaxın olub, bunun 595 milyonu mükafat formasında ödənilib.
35 yaşlı Fedosova karyerasına “Sberbank”da başlayıb, 2017-ci ildə isə “VTB”yə keçərək sədr müavininin köməkçisi vəzifəsini tutub - ehtimal ki, həmin şəxs elə indiki həyat yoldaşı Denis Bortnikov olub. Cütlük nikahını 2022-ci ildə rəsmiləşdirib.
Denis Bortnikov 1990-cı illərdən bəri bank sektorunda çalışır və 2011-ci ildən “VTB” rəhbərliyində yer alır. Onun illik gəliri də yüz milyonlarla rubl həcmində qiymətləndirilir.
Musavat.com






