İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Gürcüstan kartını işə salır - Rusiyaya açıq mesaj...

444 18.07.2026 18:30 Dünya A A

ABŞ prezidenti Donald Trampın Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə ünvanladığı məktub Tiflis-Vaşinqton münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə göndərilən təbrik məktubuna cavab verən Tramp iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə ümid etdiyini vurğulayıb və suverenlik, təhlükəsizlik, rifah kimi məsələlərdə birgə fəaliyyətin vacibliyini önə çəkib.

Donald Tramp məktubunda Gürcüstanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini ifadə edib.

kenan.jpg (34 KB)

Musavat.com-un xəbərinə əsasən, politoloq Kənan Novruzov hesab edir ki, Vaşinqton-Tiflis münasibətləri adətən stabil xətlə inkişaf edir:

"ABŞ hakimiyyətdə respublikaçıların və ya demokratların olmasından asılı olmayaraq həmişə Gürcüstandan özünün Cənubi Qafqazdakı maraqlarını təmin etmək, regionda möhkəmlənmək və Rusiyanı buradan sıxışdırmaq üçün istifadə etməyə çalışıb. Bu baxımdan Gürcüstanla münasibətlər ABŞ üçün strateji əhəmiyyət daşıyır. Sözsüz ki, məktubda qeyd olunan fikirlər həm də Rusiyaya mesajdır. Belə ki, ABŞ Gürcüstan kartından Rusiyaya qarşı istifadə edə bilər. Bu, xüsusilə indiki anda Moskvaya lazım deyil. Bunu başa düşən Vaşinqtonun Moskvadan müəyyən gözləntiləri ola bilər. Yəqin ki, ABŞ- Gürcüstan münasibətləri bundan sonra da inkişaf edəcək. Rəsmi Tiflis isə hələlik nə qədər ki, Rusiyanın regiondakı imkanları minimuma düşməyib, səbrli, ehtiyatlı davranacaq. Bundan sonra ABŞ-nin Cənubi Qafqaz siyasəti və Gürcüstanla münasibətlər xeyli dərəcədə ABŞ-Rusiya münasibətlərinin xarakterindən asılı olacaq".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR