İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Federasiyası və Çin sərhədində yüklər daha tez yoxlanılacaq - Putin

371 17.05.2024 12:02 Dünya A A

Moskva və Pekin sərhəddə yoxlamaları sürətləndirmək də daxil olmaqla, iki ölkə arasında yüklərin daha da sürətlə çatdırılmasını təmin edəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin VIII Rusiya-Çin Ekspo və IV Rusiya-Çin Regionlararası Əməkdaşlıq Forumunu açarkən deyib.

Rusiya lideri iki dövləti sıx birləşdirən nəqliyyat infrastrukturunun dinamik inkişafına diqqət çəkib. Beləliklə, 2022-ci ildə Amur çayı üzərində artıq intensiv sərnişin və yük daşımalarını həyata keçirən iki transsərhəd körpü - avtomobil və dəmir yolu istifadəyə verilib.

“Burada, Rusiya və Çinin sərhədyanı bölgələrində etibarlı və yüksək sürətli logistika dəhlizləri həm biznes, həm də vətəndaşlar tərəfindən xüsusilə tələb olunur. Biz nəzarət-buraxılış məntəqələrinin yenidən qurulmasını davam etdirəcəyik və sərhəddə yüklərin və nəqliyyat vasitələrinin yoxlanılmasına sərf olunan vaxtı azaldacağıq”, - Rusiya Federasiyasının prezidenti deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR