İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya Ermənistana kömək etməyibsə, Qərb də etməyəcək” – Politoloqdan açıqlama

1508 20.11.2023 19:36 Siyasət A A

"Ermənistanın “Aravot” nəşrində dərc olunan məqalədə qeyd edilən vacib məqamlardan biri Ermənistanın Rusiyanı düşmən kimi qiymətləndirməsi olub. Digər bir məqam isə, müharibə olarsa, Qərbin erməniləri azərbaycanlılardan qorumaq üçün Ermənistana qoşun yeritməyəcəyi bildirilib. Halbuki tarix boyu müharibənin başlanma səbəbi elə ermənilərin özlər olub".

Musavat.com-a açıqlamasında erməni mətbuatında bu səpkidə məqalələrin sayının çox olduğunu deyən politoloq İlqar Vəlizadə həmçinin qeyd edir ki, Ermənistanda regiondan baş verən proseslərin anilizi sağlam aparılmır.

“Ermənistan cəmiyyəti öz ölkələri ətrafında baş verən hadisələrə fərqli aspektdən yanaşmaq istəyirlər. Bu səbəbdəndir ki, son vaxtlar müxtəlif KİV-lərdə Ermənistanda daxili problemlərlə bağlı məqalələr və xəbərlər dərc olunur və bu ondan qaynaqlanır ki, artıq Ermənistan reallığı anlamağa başlayır. Lakin özünə məxsus formada, özünə məxsus tərzdə. Sanki Ermənistan cəmiyyəti öz problemlərinin yaranma səbəbini digər ölkələrdə görür, problemlərin yaranmasının məsuliyyətini başqa ölkələrdə axtarırlar.

Aydındır ki, hazırda Ermənistanın içində olduğu problemlərin kökündə səbəbkar qismində Rusiya amili qiymətləndirilir. Digər tərəfdən də görünən odur ki, Ermənistan tərəfi eyni zamanda dərk edir ki, Qərb də onlara kömək etməyəcək. Çünki 30 ilin təcrübəsi göstərir ki, hər hansı bir müttəfiqə bel bağlamaq düzgün deyil. Rusiya Ermənistana kömək etməyibsə, bu halda Qərb də etməyəcək. Yeri gəlmişkən dünyanın müxtəlif yerlərində baş verən hadisələr də onu göstərir ki, döyüşən ölkələr bir çox yardımlar alsalar da, Qərb onların əvəzinə döyüşmür, döyüşməyəcək, hətta döyüşməkdə də maraqlı deyil. Əgər Ukraynada Qərb açıq-aşkar müharibəyə daxil olaraq, bu müharibədə Rusiya ilə üz- üzə gəlmirsə, Ermənistan da bunun olacağına ümid etməməlidir. Yeri gəlmişkən Ermənistan KTMT və Avrasiya İttifaqının üzvüdür və Qərbin heç institusional səlahiyyətləri də yoxdur ki, bir münaqişə baş versə birbaşa müdaxilə edə bilsin.

Digər tərəfdən Ermənistan cəmiyyəti və siyasətçiləri baş verən proseslərdən təzadlı nəticələr çıxarırlar və o cümlətən çıxış yolunu problemləri kiminsə üzərinə atmaqda görürlər, real konsturiktiv danışıqlara getmək istəmirlər. Rusiyanı düşmən kimi görməklə bağlı dərc olunan məqalələrdə sonsuzluq əmələ gəlir. Bu kimi xəbərlərin əsasında biz görürük ki, bunlar suallara cavab tapmaqdan qaçırlar, eyni zamanda yeni suallar yaranır. Və son nəticə isə Ermənistan cəmiyyəti nə siyasətçilərdən, nə ictimai rəy daşıyıcılarından yaranmış suallara cavab tapa bilmirlər, bu isə cəmiyyətin böhranlı vəziyyətini göstərir”.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR