İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ərəbləri yenə aldadır? – Ölkənin neft ixracı getdikcə artır...  

871 05.11.2023 21:52 Dünya A A

 

Rusiya neft ixracını azaltmaq öhdəliyindən getdikcə uzaqlaşır. 

Musavat.com-un məlumatına görə “Bloomberg” agentliyi analitikləri belə qənaətə gəliblər ki, OPEK+ çərçivəsində Rusiyanın ən yaxın tərəfdaşı olan Səudiyyə Ərəbistanı hasilatı azaltmaq öhdəliyinə vicdanla əməl etsə də, Moskva bu məsələdə ərəb dostlarını aldadır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 1 milyon barel, Rusiya isə gündəlik ixracı 300 min barel azatlmaqla bağlı könüllü öhdəlik götürüblər. “Bloomberg” qeyd edir ki, may ayından başlanana azaltma öhdəliyinə ilk aylarda Rusiya əməl edib. Lakin sentyabr ayında gündəlik ixracı cəmi 250 min barel, oktyabrda isə 70 min barel azaldıb. Hətta oktyabrda Rusiyanın benzin və dizel ixracını qadağan etməsi belə ixrac həcmlərində hiss olunmayıb.

Bu il gündəlik hasilatını 1,5 milyon azaldan Səudiyyə Ərəbistanı bundan ciddi zərər görməkdədir. Bu ilin üçüncü rübündə ölkənin ÜDM-i illik ifadədə 4,5 faiz azalıb, neft sektorunda azalma 17 faiz təşkil edib. Büdcə kəsiri ilə ikinci rüblə müqayisədə 7 dəfədən çox artaraq 9,5 milyard dollara yüksəlib.

“Bloomberg”in analitikləri bildirir ki, noyabrın 26-da Vyanada keçiriləcək OPEK+ görüşündə Səudiyyənin hasilatın azaldılması kvotasında dəyişiklik istəyəcək.

Maraqlıdır ki, “Bloomberg”in materialından dərhal sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkəsinin ixracı azaltmaq öhdəliyinə tam əməl etdiyini bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR