İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Donetskdə binaya raket atdı - Ölən və yaralananlar var

419 10.07.2022 12:55 Region A A

Rusiya qoşunları Ukraynanın Donetsk bölgəsindəki Çasiv Yar şəhərində 5 mərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

Musavat.com “Qafqazinfo”a  istinadən xəbər verir ki, bu haqda Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko sosial media hesabında açıqlama verib:

“Xilasetmə əməliyyatları davam edir. Dağıntılar altından 6 meyit və 5 yaralı çıxardıq”.

Binanın hər iki girişinin tamamilə dağıldığını bildirən Kirilenko, biri 9 yaşlı olmaqla ən azı 34 nəfərin hələ də dağıntılar altında ola biləcəyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR