İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya çökür, Vahid Ələkbərov isə varlanır: Son 6 ayda sərvəti bu qədər artıb

875 04.07.2023 10:11 Gündəm A A

Rusiyanın ən zənginlərinin sərvəti ilin əvvəlindən 16,5 milyard dollar artıb.

Bu barədə "Bloomberg" məlumat yayıb.

"Bloomberg Milyarderlər İndeksi"nin (BBI) iyulun 3-nə olan məlumatına görə, Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən ümumilikdə 16,5757 milyard dollar artıb.

Həmyerlimiz, "LUKOIL" neft şirkətinin təsisçisi Vahid Ələkbərov ilin birinci yarısında kapital artımına görə lider olub. İlin əvvəlindən onun sərvəti 4,8 milyard dollar artaraq 20,2 milyard dollara çatıb.

Ümumilikdə, 2023-cü ilin iyul ayının əvvəlində "Bloomberg"in milyarderlər siyahısına 24 rusiyalı daxil olub. Onların ümumi sərvəti iyulun 3-nə 289,21 milyard dollar təşkil edib.

Məlumata görə, Rusiyadan olan iş adamları arasında ən zəngini "Norilsk Nikel" mədən-metallurgiya şirkətinin əsas səhmdarı Vladimir Potanindir, onun sərvəti 28,5 milyard dollar dəyərində qiymətləndirilir. Lakin ilin əvvəlindən onun sərvəti 28,9 milyon dollar azalıb.

Rusiyanın ən varlı iş adamları reytinqində ikinci yeri NOVATEK-in həmsahibi Leonid Mixelson tutub. Son altı ayda o, 1,5 milyard dollar varlanıb. Beləliklə, onun sərvəti 26,1 milyard dollara yüksəlib.

Üçüncü yerdə ilin əvvəlindən sərvətini 3,22 dollar artıraraq 23,1 milyard dollara çatdıran Novolipetsk Dəmir-Polad Zavodunun (NLMK) əsas sahibi Vladimir Lisin qərarlaşıb.

"Bloomberg"in hesablamalarına görə, ilin əvvəlindən bəri ruslar arasında ən çox itirən Eurochem və Sibir Kömür Enerji Şirkətinin (SUEK) təsisçisi Andrey Melniçenko olub. Onun sərvəti 1,57 milyard dollar azalaraq 11,6 milyard dollar təşkil edib.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR