İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu məhsulun da ixracını dayandıracaq

1292 28.11.2023 19:01 İqtisadiyyat A A

Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il yanvarın 1-dən iyunun 30-dək ölkədən düyü və düyü dəni ixracını qadağan etməyi təklif edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Rusiya Hökumətinin müvafiq qərar layihəsi normativ hüquqi aktların layihələrinin federal portalında yerləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış sənəddə deyilir: “2024-cü il yanvarın 1-dən iyunun 30-dək Rusiya Federasiyasından düyü və düyü dəninin ixracına müvəqqəti qadağa qoyulsun”.

Qeyd edək ki, bu il Rusiyada 1,1 milyon tondan çox düyü istehsal olunub. Bu, ötən ilkindən 25 faizə yaxın çoxdur. Lakin əsas düyü istehsalçılarının ixracı məhdudlaşdırması fonunda Rusiya hökuməti daxili bazarda qiymət sabitliyini qorumaq üçün düyü ixracını məhdudlaşdırmaq niyyətindədir.

Bundan əvvəl Rusiya KTN-in təklifi ilə Nazirlər Kabineti makaron məmulatlarının istehsalında əsas xammal olan bərk buğdanın ixracını dayandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR