İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Almaniya hərbi peyklərini hədəfə aldı-kosmosda açıq qarşıdurma başlayır?

758 19.11.2025 17:36 Dünya A A

Rusiya Bundesverə məxsus hərbi peyklərin siqnallarını yerüstü radioelektron stansiyalar vasitəsilə bloklayır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə WDR, NDR və "Süddeutsche Zeitung" media orqanlarının apardığı birgə araşdırmada deyilir.

Verilən məlumata əsasən, Moskva öz peyklərini də mütəmadi olaraq Almaniya aparatlarına təhlükəli dərəcədə yaxın məsafələrə göndərir.

Jurnalistlərin əldə etdiyi məlumatlara görə, hadisələrdən biri bu ilin yazında baş verib. Məlumata əsasən, Rusiya yerüstü stansiyadan “hücum” edərək Almaniya ordusunun bir hərbi peykini boğub və siqnalı tamamilə sıradan çıxarıb. Nəticədə Almaniya peyki ilə əlaqə bir neçə saatlıq kəsilib.

“Biz real təhlükə altındayıq. Rusiya kosmosda bizə faktiki olaraq hədə yaratmaq və ciddi şəkildə mane olmaq gücünə malikdir”, — bunu Almaniya Silahlı Qüvvələrinin Kosmik Komandanlığının rəhbəri, general-mayor Mihael Traut bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR