İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus qoşunları Kiyevdə zavodu atəşə tutdu, danışıqlar başladı – Fuad Abbasovla “Canlı debat”  

1123 14.03.2022 13:34 Gündəm A A


Rus qoşunları Kiyevdə "Antonov" zavodunu atəşə tutdu. Rus qoşunları Kiyevdəki "Antonov" zavodunu atəşə tutub. Bu barədə martın 14 -də Kiyev Şəhər Dövlət Administrasiyasından məlumat verilib.

"Kiyevdə işğalçılar hündürmərtəbəli binanı və Antonov zavodunu atəşə tutublar. Partlayışların baş verdiyi yerlərdə yanğınsöndürənlər, həkimlər və digər xidmətlər işləyir", - administrasiyadan bildirilib.
Ukrayna və Rusiya arasında danışıqların 4-cü raundu başlayıb. Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.
"Danışıqların 4-cü turu keçirilir. Sülh, atəşkəs, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında. Çətin müzakirədir. Rusiya təcavüzkar hərəkətlərinin mənasızlığını dərk etsə də, hələ də Ukraynanın dinc şəhərlərinə qarşı zorakılığın 19 gün davam etməsinin düzgün strategiya olduğuna dair bir illüziyası var", - o bildirib.


Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə biləcəksiz. Qonağımız isə analitik, tanınmış jurnalist Fuad Abbasov olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

Youtube səhifəsinin ünvanı:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR