İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus qoşunları Avdeyevka istiqamətində irəliləyib - Ukrayna üçün xoşagəlməz gəlişmə?

926 11.11.2023 13:12 Dünya A A

Noyabrın 10-da rus qoşunları Avdeyevka bölgəsində hücum əməliyyatını həyata keçirib. Hələ ki əməliyyatın son nəticələri təsdiqlənməyib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə mərkəzi Vaşinqtonda yerləşən Müharibələrin Araşdırılması İnstitutu (ISW) məlumat yayıb.

Eyni zamanda rus hərbi bloqçuları Rusiya ordusunun Stepnoye ətrafına (Avdeyevkadan 3 km şimal-qərb) daxil olduğunu iddia edirlər.

Kremlə bağlı bir hərbi bloger Rusiya qüvvələrinin dəmiryol xəttində mövqe tutduğunu, bunun da Rusiya ordusuna Stepnoye istiqamətində taktiki nailiyyətlər əldə etməyə imkan verdiyini yazıb. Onun sözlərinə görə, rus qoşunları Avdeyevkanı mühasirəyə almağa və bununla da Ukrayna qüvvələrini həmin ərazidə arxa bölgələrdə mövqe tutmaq imkanından məhrum etməyə çalışır.

Ukrayna Silahlı qüvvələri isə noyabrın 10-da Xerson vilayətinin şərq (sol) sahilinə məhdud qurudan hücumlar həyata keçirib.

Gələn informasiyalara əsasən Ukrayna qüvvələri Poyma (Xersonun 10 km cənub-şərqində və Dnepr çayından 4 km aralıda), Pesçanivka (Xersonun 13 km cənub-şərqində və Dnepr çayından 3 km aralıda), Podstepnoye (Xersondan 18 km aralıda) və Krınok (Xerson vilayətindən 30 km şimal-şərq və Dnepr çayından 2 km aralıda) istiqamətlərində hücuma keçib.

Tanınmış rusiyalı hərbi bloger Ukrayna qüvvələrinin noyabrın 9-da Krınokdan cənubda qismən mövqe əldə etdiyini, lakin sonradan Rusiyanın atəşi nəticəsində geri çəkilməyə məcbur olduğunu bildirib.

Musavat.com

9b298669-5c6d-4858-bde8-ef72413221f9.jpg (240 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR