İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus bombaları altından qaçan azərbaycanlılar... Onlardan RƏSMİ xəbər var - CANLI

526 16.03.2022 15:29 Gündəm A A

Ukraynadan Azərbaycana 7500 artıq insan təxliyə olunub. Onlardan 3 000-ə yaxını çarter reysləri, 4500-dən çox insan isə avtobuslarla təxliyə edilib. Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.

Bu arada Ukraynadan təxliyə edilən daha 200 azərbaycanlı Türkiyədə müvəqqəti sığınacağa yerləşdirilib. Fevralın 27-də isə Ukraynadan Moldovaya keçmək istəyən zaman naməlum silahlı dəstə tərəfindən qətlə yetirilən Azərbaycan vətəndaşları - bir ailənin 4 üzvü Göygöldə dəfn edilib. Qətlə yetirilən şəxslər Göygöl rayonunda, Murovdağ qəbiristanlığında torpağa tapşırılıb.

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini Cavid İsmayılla azərbaycanlıların Ukraynadan təxliyəsini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR