İnsanlara hürriyət, millətlərə istiqlal!

Roza Zərgərlinin övladlığa götürdüyü oğluna ev verildi -FOTO

2412 06.07.2022 00:46 Şou-biznes A A

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarov mənzillə təmin edilib.

Sfera.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında məlumat verib.

C.Qafarov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayaraq bu sözləri yazıb.

“Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm”.

Məsələ ilə bağlı Bizim.Media gənc aktyorla əlaqə saxlayıb.

“2 saylı uşaq evinin yetirməsi olduğuma görə Sosial Xidmətlər Agentliyinə evimin olmamasına görə müraciət etdim. Mənə Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilib” – deyə Corc Qafarov bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR