İnsanlara hürriyət, millətlərə istiqlal!

Röyanın da səhifəsinə hücum olub - VİDEO

513 24.01.2024 13:17 Şou-biznes A A

Xalq artisti Röya Ayxanın da instagram səhifəsini ələ keçirtmək istəyiblər.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu barədə ifaçı Mtv maqazinin suallarını cavablayarkən məlumat verib. R. Ayxan bildirib ki, ona da aparıcı Ranar Musayevdən link yollanılıb. Amma ifaçı linkə daxil olmayıb:

"Hər birimizin instagram səhifəsi qorunur. Sənə gələn linkə daxil olmamalısan. Mən mənə gələn mesaja baxmıram, o ki, qala linkə daxil olam".

Xalq artisti 22 mart Moskva şəhərində " Vegas city hall "da verəcəyi konsert barədə də məlumat verib:

"Böyük komanda və yüksək əhval ruhiyyə ilə Moskvaya gəlirik, çox gözəl konsert proqramı ilə çıxış edəcəyik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR