Xalq artisti Röya Ayxan "Səs Azərbaycan"da komandasında yarışan, builki Avroviziya təmsilçimiz JİVA (Cəmilə Həşimova) barəsində səslənən tənqidlərə münasibət bildirib.
Musavat.com bildirir ki, Xalq artisti tənqidlərin ifaçı ilə deyil, mahnı seçimi ilə bağlı olduğunu vurğulayıb: "Əminəm ki, tənqidlər mahnı ilə bağlıdır. Çünki JİVA-nın səsi çox gözəldir. Onun səsinə, özünə, enerjisinə görə çox güclüdür. Hətta məndən çox enerjilidir. Mən "Səs Azərbaycan" müsabiqəsində bunu gördüm. Şəxsən mən olsaydım, o mahnını seçməzdim. Amma JİVA-ya inanıram, inşallah, şouları da yaxşı olar".
Xatırladaq ki, Azərbaycanın “Avroviziya-2026” Beynəlxalq Mahnı Müsabiqəsindəki təmsilçisi JİVA (Cəmilə Həşimova) olacaq. O, ölkəmizi "Just Go" mahnısı ilə təmsil edəcək. Təqdimatdan dərhal sonra sosial şəbəkələrdə təmsilçimiz və mahnı seçimi ilə bağlı geniş müzakirələr başlanıb, tənqidi rəylər səsləndirilir.
Xalidə Gəray
Video müəllifindir
Musavat.com






