İnsanlara hürriyət, millətlərə istiqlal!

NASA astronavtlara susmaq barədə göstəriş verdi - SƏBƏB

577 10.07.2026 13:33 Dünya A A

NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi) Ayda sirli obyektlərlə rastlaşan astronavtlara susmaq barədə göstəriş verdiyi iddia edilir.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Ay missiyalarında iştirak edən astronavtlar gördükləri naməlum uçan obyektlər (UNO) barədə məlumat yaymamaq üçün xüsusi sənədlərə imza atıblar.

İddiaların əsas mənbəyi NASA-nın keçmiş podratçısı "Philco Ford Aerospace" şirkətində 1967-1981-ci illərdə çalışan mərhum Donna Heyrdir.

Donna Heyr öz müsahibələrində bildirib ki, Ay səthinə eniş edən astronavtlar uçuş zamanı naməlum obyektlər tərəfindən izlənildiklərini xəbər veriblər.

Hətta daha şok edici bir iddia da səsləndirilib: astronavtlar Aya eniş edərkən orada artıq "başqa üç yadplanetli gəminin" olduğunu görüblər.

Heyrin sözlərinə görə, bütün bu faktların ictimaiyyətə açıqlanmaması üçün astronavtlar ciddi gizlilik müqavilələri imzalamağa məcbur ediliblər./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR