İnsanlara hürriyət, millətlərə istiqlal!

Röya: "Belə dövrdə oxuyub, əylənə bilmərəm"

1157 14.09.2022 15:19 Şou-biznes A A

Xalq artisti Röya Ayxan sərhəddəki gərginlik və Azərbaycan ordusunun 50 şəhid verməsi ilə əlaqədar sentyabrda keçirilməsi nəzərdə tutulan Bakı və İstanbul konsertlərini təxirə salıb.

Musavat.com xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.

Röya Ayxan qeyd edib:

"Hadisələri mən də izləyirəm, çox təsirlənmişəm. Balalarımız, oğullarımız şəhid oldu. Hər bir ananın acısı bizim də acımızdır. Məni də öz yanınızda bilin. Kədərinizi hiss edirəm. İstanbul və Bakı konsertlərimi təxirə saldım. Belə dövrdə mahnı oxuya, əylənə bilmərəm. İstədim ki, bu qərarımdan xəbəriniz olsun. Xalqımın yanındayam, dərdinə şərikəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz şəfa tapsın".

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR