İnsanlara hürriyət, millətlərə istiqlal!

Röya Aygün Bəylərlə qalmaqalından danışdı: "Qalxıb ayağa dedim ki..."

4073 27.07.2023 23:26 Şou-biznes A A

"Bir dəfə verilişdə məni təhqir etmişdilər. Mən də məhkəməyə verdim, amma sonra yadımdan çıxdı. Bir gün mənə cavab gəldi ki, siz Apellyasiya Məhkəməsinə müraciət etməlisiniz. Soruşdum, nə məhkəməsi? Cavab verdilər ki, siz filankəsi məhkəməyə vermisiniz. Dedim ki, ərizəni cırın, atın".

Musavat.com bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Elgizlə izlə" verilişində illər öncə həmkarı Aygün Bəylərlə olan məhkəməsindən danışarkən deyib.

Röya Ayxan qarşı tərəfin onun şəxsiyyəti və sənəti haqqında təhqiredici ifadələr işlətdiyini xatırladıb:

"O fikirləri səsləndirmək olmazdı. Onunla ikimizin çox yaxın bir dostu var. Mən onu həmin dostumuzun evinə dəvət etdim və bildirdim ki, mənim gəldiyimi deməsin. Ona dedim ki, əzizim, bizim nə problemimiz var? Cavab verdi ki, sən məni toy mərasimində görəndə salam verməmisən. Ayağa qalxdım, dedim ki, bu problem deyil, səni görməmişəmsə 30 dəfə, min dəfə üzr istəyirəm.

Üstündən bir həftə keçdi, çıxıb yenidən verilişdə danışdı. Demək ki, problem inciklikdə deyil, qəlbin içində qara nöqtədədir. Bu da paxıllıqdan irəli gəlir. Allah hər kəsi o nöqtədən hifz eləsin".

Xatırladaq ki, Aygün Bəylər ARB-də yayımlanan verilişdə Röya Ayxan barəsində demişdi:

"Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən".

Bundan sonra Röya Ayxan Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Aygün Bəylərin ARB televiziyasında səsləndirdiyi fikirlərini təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsini tələb etmişdi.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR