İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövnəq Abdullayev 5 ay əvvəl imzanı atdı, AFFA söküntüyə yenicə başladı

1753 21.07.2024 18:56 İdman A A

Ağsu şəhər stadionunun qazonunun dəyişdirilməsinə başlanılıb.

Bu barədə AFFA-dan sportinfo.az-a bildirilib.

Məlumat verilib ki, süni ot örtüyü bir neçə gün öncə sökülüb. İstifadə müddəti çoxdan bitmiş "yaşıl xalça" yenisi ilə əvəz olunacaq. Onun altında isə xüsusi qoruyucu qat yerləşdiriləcək.

Qeyd olunub ki, yeni qazon üçüncü kateqoriyaya aiddir. Prosesin sentyabrın ilk ongünlüyündə başa çatdırılması nəzərdə tutulub.

Bütün xərclər UEFA-nın "Het-Trik" proqramı çərçivəsində qarşılanır.

Rövnəq Abdullayev martda, hələ AFFA-nın prezidenti olduğu vaxt Avropa futbol qurumunun ayırdığı vəsaitin bir hissəsinin Ağsu stadionunun qazonunun dəyişdirilməsinə sərf olunması ilə bağlı sənədi imzalayıb.

AFFA apreldə açıqladığı hesabatda qurumun balansında olan stadionların saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər şeyd olunub.

Burada qeyd edilib ki, Ağsu stadionunda aparılan təmirə 110 min 367 manat xərclənib.

2011-ci ildə açılışı olmuş arena 3 min tamaşaçı tutumuna malikdir.

Ötən ilin noyabrında başlayan və bu ilin martında tamamlanan təmir işlərindən sonra oturacaqlar dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR