İnsanlara hürriyət, millətlərə istiqlal!

Rey Kərimoğlunun müalicəsi davam edir

478 27.02.2024 11:02 Ölkə A A

“Təzyiqimin 200-ə qalxması məni çox narahat edir”

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun xəstəxanada müalicəsi davam edir.  Xatırladaq ki, fevralın 23-də Rey Kərimoğlunun səhhətində problem yarandığı haqda məlumat yayılmışdı. Jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb. Onun səhhəti ilə bağlı TƏBİB-dən Qafqazinfo-ya bildirilib ki, R. Kərimoğlu Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib. 

“Yeni Müsavat”ın əməkdaşı Rey Kərimoğlu ilə əlaqə saxlayaraq səhhəti ilə maraqlanıb. O, təzyiqdən əziyyət çəkdiyini bildirib: “İlk gün təzyiqimi nizamladılar. Bazar günü yenə qalxmışdı 160-170-ə. Çox narahat oldum, səhərə kimi həkimlər nəzarətdə saxladılar. İndi özümü yaxşı hiss edirəm. Müayinələr bitdikdən sonra müalicə başlayacaq. Nevropatoloq və digər həkimlər də müayinə edəcəklər. Evə buraxılmağı istərdim, amma şübhələndiyim məsələlər var. Baş beynin müayinəsi olmalıdır ki, birdəfəlik problemin nədən qaynaqlandığı bilinsin. Müharibədən çıxmışam, uzun illər ərzində xəstəxanalarda olmuşam, bu öz yerində, amma yatdığım yerdə təzyiqimin 200-ə qalxması məni çox narahat edir. Bu, çox təhlükəlidir. Ona görə də problemi həll etmək istəyirəm. TƏBİB-dəki dostlar, həkimlər sağ olsun, mənim üçün əllərindən gələni edirlər”. 

Xətai Tibb Mərkəzinin mətbuat katibi Ramilə Qurbanlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, R.Kərimoğlunun vəziyyəti stabildir: “Həftəsonu kritik vəziyyətdən çıxarılıb. Təzyiqi düşüb, burnundan qan açılmır, müalicə davam edir. Yəqin ki, bir həftə müalicə alacaq. Bu gündən (26 fevral) müalicəsi başlayacaq”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR