İnsanlara hürriyət, millətlərə istiqlal!

Reper Vacionun “torba”sını müğənni Olqa Orlova tikibmiş

603 15.01.2024 11:21 Dünya A A

Reper Vacio (əsl adı Nikolay Vasiliev) "Blestyaşie" qrupunun keçmiş solisti Olqa Orlovanı bloger Anastasiya İvleyevanın təşkil etdiyi "çılpaq ziyafər" ətrafında yaranmış qalmaqala görə ittiham edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, hazırda ikinci inzibati həbsini çəkən Vasilyev və onun vəkili müğənni Olqa Orlovanın gecənin keçirildiyi "Mutabor" klubunda artistlər haqqında qəsdən ittihamedici sübutlar çəkdiyini söyləyib.

Onların dediyinə görə, Orlova üzünü niqabın altında gizlədib, ziyafətə bir corabla gələn Vasilievin corabı çıxardığı anın videosunu lentə alıb və internetdə yerləşdirib. Eyni zamanda, Orlovanın özü foto və videoda yer almayıb.

Vəkil qeyd edib ki, Vasilyev özü bu videonu kadrda olduğu üçün çəkməyib və ona çıxış imkanı olmadığı üçün onu dərc etməyib.

Kanalın məlumatına görə, reperin telefonu həqiqətən də qeyri-qanuni məzmuna görə yoxlanılıb, lakin ittihamedici heç nə tapılmayıb. Vasilyevin vəkili əlavə ekspertizanın keçirilməsi üçün vəsatət vermək niyyətindədir.

İvleyevanın gecəsi dekabrın 21-də “Mutabor”da keçirilib və orada Filip Kirkorov, Lolita Milyavskaya, Kseniya Sobçak, Dima Bilan və digər ulduzlar iştirak ediblər. Ziyafətdən sonra tənqid və konsertlərin ləğvi ilə üzləşən onların bir çoxu tədbirdə iştirak etdikləri üçün ictimaiyyətdən üzr istəməyə məcbur olublar.

Moskva məhkəməsi “Mutabor”u 90 gün müddətinə bağlayıb. Müəssisənin sahibi olan şirkət sanitar normaları pozmaqda təqsirli bilinib: hakimin sözlərinə görə, məclisdə yoluxucu xəstəliyə tutulmuş xəstə olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR