İnsanlara hürriyət, millətlərə istiqlal!

“Real Madrid” İspaniya Kubokunun qalibi oldu

1438 07.05.2023 03:36 İdman A A

“Real Madrid” 20-ci dəfə İspaniya Kral Kubokunu qazanıb.

Madrid klubu turnirin həlledici oyununda “Osasuna”ya qalib gəlib. Sevilyadakı "Olimpiko de Sevilya-La Kartuxa" stadionunda keçirilən görüş "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaliblərin heyətində Rodriqo dubla imza atıb. “Osasuna”nın yeganə qolunu Lukas Torro vurub.

“Real Madrid” üçün bu qələbə İspaniya Kubokunda 20-ci olub. Turnirdə qazanılan kubokların sayına görə Madrid üçüncü yerdədir.

Qeyd edək ki, Madrid klubu 2014-cü ildən sonra ilk dəfə ölkə Kubokunu qazanıb.

Turnirdə qələbələrin sayına görə rekordçu 31 kubok qazanan “Barselona”dır. Siyahıda ikinci yerdə 23 qələbəsi olan “Atletik Bilbao” qərarlaşıb.\\“Report” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR