İnsanlara hürriyət, millətlərə istiqlal!

Razidən saxta bəy və nikah xəbərlərinə reaksiya - VİDEO

1138 04.12.2023 16:24 Gündəm A A

Xəbər verdiyimiz kimi, ötən gün qalmaqallı model Razi Əliyeva (Raziyyat) Nicat adlı bəyə ərə gedib. 

Musavat.com bizim.media-ya istinadən xəbər verir ki, Razi nikah məclisindən sonra sosial şəbəkə hesabında paylaşım edərək, haqqında yazılan saxta evlilik şərhləri ilə bağlı açıqlama verib. 

"Yazdığınız bütün şərhlərinizi oxuyuram. Çoxunuz yazırsınız ki, bəy və nikahım "fake"dir (saxtadır - red.). Əgər sizə bu düşüncələrlə yaşamaq rahatdırsa, bu düşüncə ilə də yaşayın. Demək istəyirəm ki, bu gün həyatımın ən xoşbəxt günüdür. Mənə görə sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız. Hər kəsə cavab verəcəyəm", - deyə Razi vurğulayıb. 

Qeyd edək ki, bir neçə ay əvvəl model Razi Əliyeva keçmiş sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib.

O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb. Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlayıb. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR