İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: "Bu gün həyatımın acı anlarından birini yaşadım, son günlər məni axtarıb" - FOTO

10928 02.09.2022 00:21 Sosial A A
 
"Bu gün İmişlidə onlarla yas yerlərində oldum və həyatımın acı anlarından birini yaşadım. Qaradonlu kəndində iki mərhumun ailəsini ziyarət etməli idim. Birinci olaraq, Qaradonlu kəndində mərhum Seyid Hüseynin ailəsini ziyarət etdim və başsağlığı verdim. Söhbət əsnasında dedim ki, Qaradonluda əsgər yoldaşım var, onu da soruşum tapım. Kənd icra nümayəndəsi Məhəmməd müəllim dedi ki, elə ora gedirik, rəhmətə gedən əsgər yoldaşın Vüqar Salahovdur".
 
Musavat.com xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev öz sosial şəbəkə hesabında yazıb.
 
"O da elə bir saat öncə onlarla danışan zaman ki, deputat başsağlığına gələcək, deyiblər ki, bəs o, mərhum Vüqarın əsgər yoldaşıdır. Başıma duman çökdü. Acı bir təsadüf. Həyat yoldaşı deyir ki, məni hər zaman xatırlayıb, son günlər isə axtarıb. Deyirəm ki, məni tapmaq bu qədərmi çətin idi? Ya icra nümayəndəsi, ya da bələdiyyə sədrinə bir kəlmə desəydi, bir neçə dəqiqə sonra danışacaqdım. Qismət beləymiş. Əsgərlikdə çox yaxın olmuşuq, xəstə idi, onu qorumağa çalışmışdım, məzuniyyətə gələndə rəhmətlik atası ilə görüşmüş və lazım olan hər şeyi demişdim. Sonra yenə də onu iki dəfə tapmış və görüşmüşdük. Son illər isə əlaqə olmamışdı. Özü də çox mədəni, başıaşağı bir insan idi. Bəlkə də məni narahat etmək istəməyib. Çox üzüldüm, çox. Allah rəhmət eləsin!
 
Üç övladı var, böyük qızı ailə qurub. Oğlu da nasazdır və kiçik də bir qızı yadigar qalıb. Şəkildə olan isə qardaşı Yadigardır. Oğlu ilə bağlı addımlar atacam, qızı da azyaşlı kimi dövlətdən yardım alacaq. Gərək qayğılarına qalaq", - deputat qeyd edib.
 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR