İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu: “Ermənistan Türkiyə-Azərbaycan ittifaqına biət etməsə, məhv olacaq” – VİDEO

453 19.02.2024 22:11 Ölkə A A

“Ermənistanın baş naziri Nikol Paşinyan Münxen, Paris, Vaşinqton, Moskva, Brüssel formatlarını bir kənara qoyub, sülh danışıqları üçün birbaşa Bakı ilə işləməlidir. Yəni, Qərb ölkələrinin, həmçinin Rusiyanın paytaxtında bir araya gəlməkdənsə, Gümrüdə, İrəvanda, Qazaxda, Naxçıvanda, Tbilisidə görüşmək, müzakirə aparmaq daha effktli olar”.

Medianews.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu “Tv Musavat”ın canlı efirində Sevinc Telmanqızına müsahibəsində bildirib.

O qeyd edib ki, sülh danışıqlarını regiondan kənarda müzakirə etmək Azərbaycana sərf etmir: “Hər şey keçmişdə qalıb. Biz qalib gəlmişik, ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi bərpa etmişik. Artıq bundan sonrasını düşünmək lazımdır. Əgər Paşinyan dəstək, sülh, əmin-amanlıq istəyirsə, özünü, dövlətini və hakimiyyətini qorumaq niyyətindədirsə, təcili Türkiyə ilə münasibətləri normallaşdırmalı, bu ölkə ilə yaxınlaşmalıdır. İndiki reallıqda Qərb də, Şərq də, Avropa və Asiya da, ümumən nicat yolu da Ermənistan üçün Türkiyədir. Azərbaycan və Türkiyə ittifaqı, müttəfiqliyi olmasa, Ermənistan da bu ittifaqa yaxınlaşmasa, İrəvanın Kremlin cəngindən qurtula bilməsi qeyri-mümkündür. Azərbaycan-Türkiyə müttəfiqliyi kontekstində ölkə başçısı İlham Əliyevin növbəti dəfə prezident seçilməsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi Nikol Paşinyan üçün də bir model olmalıdır. Ermənistan Türkiyə-Azərbaycan ittifaqına biət etməsə məhv olacaq”. 

(Mətn Medianews.az-a aiddir)

Daha ətraflı videomüsahibədə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR