İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasmussen Türkiyəyə “söz atdı”

1488 17.03.2023 11:45 Siyasət A A

“Türkiyənin Azərbaycanı dəstəkləməsi NATO-nun iştirak etməsi demək deyil...”

İrəvana səfəri zamanı Ermənistanın İctimai Televiziyasına müsahibəsində NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen Ermənistan-Türkiyə münasibətlərinin normallaşacağına ümid etdiyini deyib. “Sərhədin bağlı qalmasının Türkiyənin maraqlarına uyğun olduğunu düşünmürəm. Ermənistan zəlzələdən sonra yardım göndərməklə çox mühüm addım atıb”, - deyə o bildirib.

Rasmussen həmçinin vurğulayıb ki, Ermənistanın KTMT-yə üzv olması  əməkdaşlığımıza mane olmur: “Təbii ki, gizlətməyəcəyəm, bəzi hədləri buna görə keçə bilmərik. Amma mən burada Ermənistanı KTMT-dən çıxmağa çağırmaq fikrində deyiləm. Bu, Ermənistanın daxili işi və qərarıdır”.

 Hərbi alyansın keçmiş baş katibi NATO-nun müharibədəki iştirakından da danışıb: “NATO-nun Azərbaycanla Ermənistan arasındakı müharibədə heç bir iştirakı olmayıb. Türkiyənin Azərbaycanı dəstəkləməsi NATO-nun iştirak etməsi demək deyil, bu, Türkiyənin fərdi iştirakıdır. Türkiyənin bu davranışını başqa yerlərdə də görürük. Məsələn, Suriyada, yaxud Rusiyadan silah alınması mövzusunda. Bizim Türkiyə ilə bağlı müəyyən çətinliklərimiz var. Türkiyənin Azərbaycana dəstək verməsi NATO-nun qərarı deyil”.

O, Ermənistanın Qarabağa Rusiya sülhməramlılarını əvəzləyəcək beynəlxalq mandata malik yeni missiya yerləşdirilməsi arzularına da münasibət bildirib: “Bütün tərəflərin götürdüyü öhdəliklərə əməl olunmasına nəzarət edəcək beynəlxalq sülhməramlı kontingent üçün mexanizm olmalıdır. Təbii ki, beynəlxalq mandata malik missiyanın tərkibində Rusiya olmalıdır, Rusiyanın iştirakı olmadan belə bir mandatı əldə etmək çətindir. Birincisi, Rusiya sülhməramlıları artıq buradadır, ikincisi, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bizə Rusiyanın fəal iştirakını nəzərdə tutan BMT mandatı lazımdır”.

E.PAŞASOY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR