İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramazan bayramı ilə bağlı XOŞ XƏBƏR - 20 apreldə...

5704 19.04.2023 10:00 Son xəbər A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır.

Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Aprel ayının bütün ölkə üzrə pensiya ödənişləri isə ötən həftə yekunlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR