İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafael Fiziyev Dastin Porye ilə döyüşdən imtinasının SƏBƏBİNİ AÇIQLADI

1137 01.02.2024 19:51 İdman A A

Azərbaycanı UFC-də təmsil edən Rafael Fiziev Dastin Porye ilə döyüşdən imtina etməsinə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, bu barədə o, "The AllStar"a müsahibəsində danışıb.

“Menecerim mənə zəng edib dedi ki, UFC səndən Dastin Porye ilə döyüşməyi istəyir. Hazır olmadığım üçün bu məni əsəbiləşdirdi. Bundan əvvəl UFC mənə Londonda döyüşməyi təklif etmişdi, amma ondan bir gün sonra dizimi qopardım.

Döyüşmək istəyirəm və Porye ilə döyüşmək istəyirəm, amma dizim sağalmayıb. Nə olursa olsun, mən xoşbəxtəm ki, UFC ardıcıl iki məğlubiyyətə baxmayaraq, mənə hələ də inanır”,-deyə R.Fiziyev bildirib.

Fiziyev sonuncu döyüşündə ikinci raundda Mateuş Qamrota (23-2) texniki nokautla məğlub olub (dizindən zədə). Döyüş 23 sentyabr 2023-cü ildə ABŞ-nin Paradise şəhərində baş tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR