İnsanlara hürriyət, millətlərə istiqlal!

Qvardiola: "Haalanda aşiqik"

681 29.08.2022 16:22 İdman A A

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Erlinq Haaland haqqında danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis Premyer Liqanın 4-cü turunda "Kristal Pelas"la matçdan (4:2) sonra açıqlamasında həmin görüşdə het-trik edən forvardı tərifləyib:

"Ona tamamilə aşiqik. Bizim üçün Haalandın sadəcə vurduğu qollar yox, nə qədər xoşbəxt olduğu da vacibdir. Onun davranışlarını və bədən dilini görürəm. Futbolçuların bədən dilinə diqqət yetirirəm. Haalandda bu, həmişə düzgün mövqedədir".

Qeyd edək ki, Haaland "Mançester Siti"yə bu yay 51 milyon avroya "Borussiya"dan (Dortmund) keçib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR