İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qurban Qurbanova böhtan atmaq istəyirdilər, qarşısını alırdım"

821 04.05.2023 18:12 İdman A A

"Qurban Qurbanov futbolçulara ciddi nəzarət edir, düz edir. Ona görə də adı dünya ilə birdir".

Bu sözləri Qol.az saytına geniş müsahibəsində Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev deyib. O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan danışarkən maraqlı fikirlər səsləndirib. Musayevin sözlərinə görə, mütəxəssisi gözdən salmaq üçün bəzi addımlar atılsa da, o, bunun qarşısını alıb:

"Qurban Qurbanov hələ daha da irəli gedəcək. Onu çox qısqanırlar. Bilmirəm ki, niyə. Ona dəyər verənlər çoxdur, sağ olsunlar. Amma qısqananlar da çoxdur. İstədilər ki, Qurban Qurbanova bəzi böhtanlar yağdıralar. Qarşısını alırdım. Bəlkə də elə buna görə də futboldan kənarda qalmışıq. Bir insana haqsızlıq edirlərsə, ədalətsiz danışırlarsa, sən də buna susursansa, deməli, sən də həmin o danışanların tayı olursan. Mən heç vaxt susmamışam. Haqqı deməlisən".

R.Musayev söhbətin kimlərdən getdiyini açıqlamayıb.

Qeyd edək ki, R.Musayev geniş bir müsahibədə bir çox maraqlı fikirlər səsləndirib. Müsahibəni tezliklə Qol.az saytından oxuya bilərsiniz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR